• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İsrailə raket atılması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

DÜNYA

12 May 2021 | 00:34

İsrailə raket atılması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə raket atması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat verib. Bildirilib ki, Tel-Əviv yaxınlığındakı Rishon LeZion şəhərində bir qadın raketlə öldürülüb. Ben Qurion Beynəlxalq Hava Limanının bağlanması qeyd edilir.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatının silahlı birləşmələri olan "İzzəddin Əl-Qəssam briqadaları" Tel-Əviv və ətrafına doğru 130 mərmi atıldığı barədə xəbər yayıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024