• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İTV-nin Yayım Şurasının tərkibi dəyişilir

MEDİA

28 Dekabr 2021 | 15:41

İTV-nin Yayım Şurasının tərkibi dəyişilir

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilir.

Bakıvaxtı.az-ın məlumatına görə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər
-Zeynalov Vüqsr Eldar oğlu
- Abddulayeva İlhamə Xanlar qızı

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş
-Əliyev Azər Ruslan oğlu
- Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş
-Yusifova Sevil Şərif qızı
-Mansurova Firəngiz Dəmirçi qızı.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR