• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Karantin qaydalarını pozan şadlıq sarayları və istirahət mərkəzləri cərimələndi

CƏMİYYƏT

23 Iyul 2021 | 19:26

Karantin qaydalarını pozan şadlıq sarayları və istirahət mərkəzləri cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və istirahət mərkəzlərində keçirilən toy mərasimlərində yoxlamalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Mələk”, “Qızıl Tac” və “Kral” şadlıq evlərində keçirilən yoxlamalar zamanı təşkil edilən toy məclisləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Həmin obyektlərin icarədarları və ya sahibləri: Afər İsmayılov, Yusif Yusifov və Bəxtiyar Güləhmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bayan kəndi ərazisində yerləşən “Palma” istirahət mərkəzində keçirilən toy mərasimində isə müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin obyekti işlədən Aydın Mikayılov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədidə yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


SON XƏBƏRLƏR

25 Aprel 2024