• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Kimsə ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlar üçün yaxşı yer seçsin”

SİYASƏT

10 May 2021 | 20:11

“Kimsə ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlar üçün yaxşı yer seçsin”

Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

“O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bu cür siyasətçilərə məsləhət görüb ki, münasibətləri gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar.
 


SON XƏBƏRLƏR

25 Aprel 2024