• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Körpəsinin yanında "patı"dan istifadə edən ananın görüntüləri yayıldı - VİDEO-YENİLƏNİB

CƏMİYYƏT

23 Iyul 2021 | 11:20

Körpəsinin yanında patıdan istifadə edən ananın görüntüləri yayıldı - VİDEO-YENİLƏNİB

Lent.az ötən gün görüntüləri yayılan ana və körpəsi haqqında yeni məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə “patı” istifadəçisi olan qadın ruhi xəstə, uşaq isə oyuncaqdır.

Video şahidlərinin bildirdiyinə görə, videolentdəki canlı uşaqdı. 

***

10:01 

"Nizami" metrostansiyasının yaxınlığında psixotropik maddə istifadəçisi olan ananın görüntüləri yayılıb. 

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından video paylaşıb. 

Kəmalə Ağazadə qeyd edir ki, bu görüntüləri ona 71 nəfər göndərib, amma aidiyyatı qurumlara bu haqda hansısa məlumat verilməsindən xəbərsizdir. 

Görüntülərdə metrostansiyanın yaxınlığında yerləşən "Shaurma1" kafesinin ətrafında “patı”dan istifadə edən ana və körpəsi lentə alınıb. 
Məsələ ilə bağlı Lent.az -ın sorğusuna cavab verən DİN-dən bildiriblər ki, fakt nəzarətə götürülüb, araşdırma aparılır. 

 


SON XƏBƏRLƏR