• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Kürdəmirdə mikroavtobus aşıb: Yaralananlar var - FOTO

HADİSƏ

27 Noyabr 2021 | 15:27

Kürdəmirdə mikroavtobus aşıb: Yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

25 Aprel 2024