• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

"Legiya"nın azarkeşləri polisləri döydü - FOTO

İDMAN

27 Noyabr 2021 | 18:55

Legiyanın azarkeşləri polisləri döydü - FOTO

Avropa Liqasının 5-ci turunda "Lester" - "Legiya" oyununda qalmaqal baş verib.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları "Lester" tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda polislər sözügedən azarkeşlərə mane olmaq istəyib. Müqavimət ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə 12 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. Qonaqların 7 fanatı saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də oynadığı "Legiya" "Lester"ə 1:3 hesabı ilə məğlub olaraq, qrupda sonuncu pilləyə düşüb.


SON XƏBƏRLƏR

23 Aprel 2024