• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb

HADİSƏ

11 May 2021 | 10:45

Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb

Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayonunun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır


SON XƏBƏRLƏR

23 Aprel 2024