• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Maxaçqala-Azərbaycan aviareysi AÇILACAQ

Gündəm

23 Oktyabr 2021 | 19:06

Maxaçqala-Azərbaycan aviareysi AÇILACAQ

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindən Azərbaycana aviareyslər açılacaq.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Turizm və Xalq Yaradıcılığı Sənəti Nazirliyindən məlumat verilib.

Yeni reyslərin 2022-ci ilin yayında açılacağı bildirilir. Bu ilin avqustunda Mahaçqala aeroportunun yeni beynəlxalq terminalının istifadəyə verilməsi ilə respublikadan bir çox ölkələrə uçuşlar başlanıb.

Gələn ildən Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Belarus və digər ölkələrə də reyslərin təşkili gözlənilir.


SON XƏBƏRLƏR

19 Aprel 2024