• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib

MEDİA

22 Dekabr 2021 | 23:47

“Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib

“Media haqqında” Qanun layihəsinin müzakirələri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, növbəti müzakirə Medianın İnkişafı Agentliyində Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə keçirilib.

Müzakirədə parlamentin bir neçə deputatı və bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə münasibətlərini bildiriblər.

 


SON XƏBƏRLƏR