• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

MEDİA ilk yubileyini qeyd edir - FOTOLAR 

MEDİA

12 Yanvar 2022 | 14:02

MEDİA ilk yubileyini qeyd edir - FOTOLAR 

Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) 1 yaşı tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, 12 yanvar 2021-ci il tarixində dövlət başçısının imzaladığı “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla MEDİA yaradılıb. Bu qurumun başlıca fəaliyyət istiqamətləri Azərbaycanda media sferasında intellektual potensialın təkmilləşdirilməsi, media subyektlərinin dəstəklənməsi və informasiya kommunikasiya texnologiyalarının media proseslərinə inteqrasiyasının stimullaşdırılmasıdır.

Ötən bir il ərzində MEDİA redaktorlar, mətbuat katibləri üçün təlimlər, jurnalistlər üçün seminarlar, hərbi reportyorlar üçün Türkiyənin Anadolu Agentliyi ilə birgə hərbi jurnalistika kursları keçirilib.

MEDİA çap mediası ilə bərabər 39 onlayn media subyektlərinin layihələrinə maliyyə dəstəyi verilib.  Burada əsas məqsəd MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.

Qurum tərəfindən “Media haqqında qanun” layihəsi hazırlanıb. Layihə ilə bağlı redaksiyalarda müzakirələr aparılıb, media ekspertlərinin fikirləri öyənilib. Bundan sonra layihə qanunverici hakimiyyətə göndərilib.   

“MEDİA könüllüləri” proqramına başlanılıb. Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulub.

Agentlik ötən il “Həsən bəy Zərdabi” filmini ərsəyə gətirib, “Mətbuat inciləri” jurnalının təqdimatını edib.

“MEDİA - fərdi jurnalist müsabiqəsinin keçirilməsi Qaydaları”na dəyişiklik edilib. Bu müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərləri təşkil edilib. Səfər çərçivəsində hazırlanan reportajlarda Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə verdiyi zərər oxucuların diqqətinə çatdırılıb.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR