• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Mətbuatdan başlayan söz azadlığı

MEDİA

29 Dekabr 2021 | 10:17

Mətbuatdan başlayan söz azadlığı

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir.

Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki, dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir.

Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir.

Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.

Latınca "plüralis” sözündən olub "çoxluq” mənasını bildirən plüralizm ictimai-siyasi həyatda daim yarışda, rəqabətdə və mübarizədə olan, sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu deməkdir. Plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır və proseslərin nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişafını təmin edir. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır.

Çoxpartiyalılıq, hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin” - həqiqi müstəqil mətbuatın olması plüralizmdir. Müstəqilliyin ili illərindən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə uğurlu addımlar atıb. Söz, mətbuat azadlığının təmin olunması demokratik quruculuğun vacib amili kimi önə çıxıb.

Otuz ilə yaxın müstəqillik tarixi bu istiqamətdə baş verən ciddi dəyişikliklər və hadislərlə zəngindir. Çünki, ölkə mətbuatı, insanların azad ifadəsi, demək olar ki, sıfırdan başlayaraq qurulurdu və təbii ki, ortaya gözlənilməz çətinliklər çıxırdı. Lakin Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu.

Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmuş, müstəsna xidmətlər göstərmişdir.

1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümummilli lider imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Həmin sərəncamlar əsasında ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.

Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkə mətbuatının azad inkişafı üçün addımlar atd. Təkcə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur.

Arzu Nağıyev

Millət vəkili Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, Avropa nə qədər desə də “söz azadlığı ilk bizdə yaranıb”, senzura ilk dəfə XV əsrdə orda yaranıb: “Söz azadlığı, televiziya, informasiya vasitələri ictimaiyyətlə ictimai müəssisələrin maraqlarına uyğun olmaq məhdudlaşdırmalarla bağlıdır. Senzura latın sözüdür və bir neçə növü var. Birinci növ senzura hansısa informasiyanın, musiqinin efirə və ya çapa verilmədən öncə yoxlanması və müəyyənləşdirilməsidir. İkinci növ senzura film, musiqi, informasiyanın efirə və ya çapa verilməsindən sonra ona qoyulan qadağadır”.

Azərbaycanda senzuranın ləğvinin 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Arzu Nağıyev bildirib ki, Heydər Əliyevin mətbuatda azadlıqla bağlı imzaladığı sərəncamla əvvəl qoyulan qadağalar, daha sonra senzura ləğv olundu. Müsahibimiz deyir ki, senzuranın ləğvi əsas Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləmək üçündür: “Yəni qanunverici baza tənzimlənməli, beynəlxalq standartlara uyğunlaşmalıdır. Bildiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi ilə KİV barədə yeni qanunverici baza yaradıldı və digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi, Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, Milli Televiziya və Radio Şurası yaradıldı və s”.

Onun sözlərinə görə, mətbuat nümayəndələri də beləliklə, başa düşdü ki, senzuranın ləğvi Ümumilli lider tərəfindən həyata keçirilən ciddi siyasətdir.

“Bugünkü günə qədər mətbuatımızda heç bir senzura yoxdur”, - deyə Arzu Nağıyev əlavə edib.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


SON XƏBƏRLƏR