• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Jurnalist vəsiqəsi veriləcək şəxslərin İMTİYAZLARI TƏSDİQLƏNDİ

MEDİA

30 Dekabr 2021 | 12:45

Jurnalist vəsiqəsi veriləcək şəxslərin İMTİYAZLARI TƏSDİQLƏNDİ

Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var:

1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

4. bu qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR