• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

MN-in keçmiş rəis müavini: "Kərim Vəliyevin yanından keçib "çest" verməyəndə..."

CƏMİYYƏT

23 Iyul 2021 | 16:57

MN-in keçmiş rəis müavini: Kərim Vəliyevin yanından keçib çest verməyəndə...

"10 il əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətində işlədiyim vaxtlar idi. General Kərim Vəliyev də xidməti yerini yenicə dəyişib nazirliyin aparatına Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi və onunla hələ görüşməmişdim. Nazirlikdə bir çox generallara adi qaydada hərbi salam verib keçirdilər. Lakin Kərim Vəliyev "ustavnik" idi və onun yanından hərbi addımlarla keçib "çest" verməyəndə zabiti saxlayıb, nizamnaməyə riayyət etməyə məcbur edirdi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçmiş mətbuat xidməti rəsinin müavini, Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Abdullayev Orduya yeni təyin olunmuş Baş Qərargah rəisi Kərim Vəliyev haqqında danışarkən deyib: "Elə alındı ki, zabit yoldaşla bir yerdə hərəkət edərkən qarşımıza Kərim müəllim çıxdı. Adi qaydada salam verib yanından keçmək istəyəndə yanımdakı zabiti saxlayıb nizamnaməyə uyğun hərbi addımlarla yanından keçib salam verməsini tələb etdi. Zabit bunu könülsüz etdiyindənmi, yoxsa başqa səbəbdənmi düzgün etmədi, ona görə də üç dəfə təkrarladı. Mən isə kənarda dayanıb baxırdım. Üçüncü dəfə hərəkəti təkrarlayandan sonra zabit yoldaşım qeyri-ixtiyari gözucu mənə baxdı. Kərim Vəliyev ona qayıdıb dedi ki, "nə baxırsan, fikirləşirsən ki, niyə o da etmir?". Arxasınca dedi - o, zabit olsa da mülkidən gəlib və sənin kimi kadravik deyil, mətbuatın peşəkarıdır. Yeri gələndə onun etdiyini nə sən edə bilərsən, nə də mən. Yaradıcı insanlara hər zaman istisnalar olmalı və onlar belə şeylərlə yüklənməməlidirlər ki, öz işləriylə daha yaxşı məşğul ola bilsinlər. Ondan sonra bir neçə dəfə Kərim müəllimlə səmimi söhbətlərimiz oldu və mən ordudan təxris oldum.

Bu hadisəni ona görə yazdım ki, yeni Baş Qərargah rəisi sərt olduğu qədər də yumşaq və səmimi insandır.

Allah yeni təyinatı dövlətimiz üçün düşərli və xeyirli etsin".

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Aprel 2024