• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 

CƏMİYYƏT

18 Yanvar 2022 | 19:08

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 

Ağstafa rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən Ş. Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. 


SON XƏBƏRLƏR