• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Nəzarət olunsaydı, zibil qutularından meyit çıxmazdı - EKSPERT

CƏMİYYƏT

23 Iyul 2021 | 13:38

Nəzarət olunsaydı, zibil qutularından meyit çıxmazdı - EKSPERT

Son günlərin aktual mövzularından biri də zibil qutularının daşınmasında sanitariya qaydalarına riyaət edilməməsidir. Tullantılar üçün ayrı-ayrı qutular qoyulmasına baxmayaraq, həm əhali, həm də zibil qutularını boşaldan nəqliyyat vasitələri qaydalara riyaət etmir. Bəs bunun səbəbləri nələrdir? Qarşısını almaq üçün hansı tədbirləq görülməlidir?

Məsələnin həlli ilə bağlı öz təkliflərini irəli sürən Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov Bakıvaxtı.az-a bildirib ki, ictimai nəzarət yaradılmalıdır:

Əhalidə bu mövzu ilə bağlı mədəniyyət formalaşmayıb. Əvvəla, tullantı qutularının hamsının üstündə “qarışıq tullantılar üçün” yazılıb. Bu düzgün deyil. Xarici ölkələrdə rəngbərəng zibil qutuları var, insanlar da tullantıları uyğun qutulara atmağa vərdiş edib. Məsələn, karton, kağız tullantıları, şüşə və plastik btulkalar, mətbəx tullantıları üçün qutular ayrıdır. İnsanlar da tullantılarını ayrı-ayrı torbalarda gətirib səliqə ilə qutulara atır. Orda elə bir sistem qurublar ki, qonşular bir-birinə nəzarət edir. Buna ictimai nəzarət deyilir. Əgər qonşunun biri zibili düzgün qutuya atmırsa, onun adını cərimə tədbiq edən idarəyə verirlər və həmin şəxsə yüksək məbləğdə cərimə yazılır. Onlar da məcbur qalıb bir-birlərinə nəzarət edirlər. Bizdə belə bir nəzarət sistemi yoxdur, hətta yeni doğulan körpələri də aparıb zibil qutusuna atırlar. Görün nə qədər insanlığa yaraşmayan hərəkətlər edirlər. Ancaq belə bir nəzarət olsa qadınları, uşaqları öldürüb zibil qutusuna ata bilməzlər.

Zibil daşıyan maşınlar da tullantıları ayrı-ayrı daşımalıdır. İndiyə qədər hamısını aparıb Balaxanı zibilliyinə töküb yandırırdılar. Bu da ekologiyaya çox ciddi ziyan vururdu. Tullantılar çeşidlənərək ayrı-ayrı yığılmalıdır, çünki tullantılardan istifadə mümkündür. Məsələn, Nyu-Yorkda özüm görmüşəm ki, su btulkaları üçün xüsusi avtomatlar qoyublar. İşsiz adamlar pul qarşılığında onları yığıb avtomatlara verir. Avtomat bir gözündə onları əzir, digər gözündən isə hər btulka üçün pul çıxır. Bu cür sistem yaratmaq lazımdır. Onlar hamısı təkrar emala getməlidir, emaldan sonra onlardan istifadə etmək mümkündür. Amma bizdə şüşələri də zibil qutusuna atırlar. Suyu içib atırlar küçənin ortasına. Bu mədəniyyət bizdə formalaşmayıb. Bu mədəniyyətin formalaşmasını da təşkil etmək lazımdır. Cərimələr tədbiq etmək lazımdır ki, əhali tullantıları təkrar emala verməyə maraqlı olsun. Tədbir görülsəydi, tullantılardan axan maye də yola tökülməzdi. Yerə axan maye antisanitariya yaradır, infeksiya mənbəyidir. Misal üçün mən Neftçilər xəstəxanasının arxasındakı binada yaşayıram və xəstəxananın infeksiyalı tullantılarını bizim qutulara atırlar. O da ətrafa yayılır. Camaat da müdaxilə etmir, biganə yanaşır. Bu barədə mütləq tədbirlər görülməli, şüurumuz dəyişilməlidir. Biz hələ sivilizasiyadan çox uzaqdayıq. Xüsusilə karton və kağızlar kimi elə tullantılar var ki, təkrar emala gedə bilər. Kartonlar ağacdan hazırlanır. Hər karton tullantısı bir ağacın yaşamağı deməkdir.

Aytac Aslan

 


SON XƏBƏRLƏR