• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Nigeriyada neft emalı zavodunda partlayış - 25 nəfər həlak oldu

DÜNYA

25 Oktyabr 2021 | 00:45

Nigeriyada neft emalı zavodunda partlayış - 25 nəfər həlak oldu

Nigeriyanın cənubundakı Rivers ştatında qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 25 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü səhər baş verib, ancaq cəmi iki gün sonra məlum olub. Rəsmi qurumlar hələlik ölənlərin kimliyini müəyyən edə bilməyiblər. Onların arasında azyaşlıların da olduğu dəqiqləşib.

Hadisənin başvermə səbəbi və şəraiti açıqlanmır.


SON XƏBƏRLƏR