• Bakı 15° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub

CƏMİYYƏT

11 May 2021 | 12:19

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursat bağlı iki faktmüəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR