• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Ötən il MTRŞ büdcəyə 179 min manatdan artıq vəsait qaytarıb

MEDİA

07 Yanvar 2022 | 13:54

Ötən il MTRŞ büdcəyə 179 min manatdan artıq vəsait qaytarıb

"Ötən il Milli Televiziya və Radio Şurasına dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 manat büdcəyə qaytarılıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə maliyyə hesabatında qeyd olunub. Məlumata görə,  MTRŞ tərəfindən 15 fevral - 17 mart və 07 iyun - 07 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub.

Bundan başqa, cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub. Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilib, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunub, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılıb.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin yanvar ayından etibarən 8 saylı Xəzinədarlıq  Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunub: "Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə uyğun işçilərə əmək haqqı və mükafatlar vaxtında ödənilib. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta, vergilər) də vaxtında ödənilmişdir. Xərc maddələri üzrə; inzibati binanın icarəsi, rabitə xərcləri, işıqdan, sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətləri vaxtında həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi texniki və istehsal vəsaitləri və avadanlıqlar alınıb.

Rüblük və illik hesabatlar, həmçinin Milli Mühasibat Uçotu Standartlarına uyğun formalarla Maliyyə Nazirliyinə təqdim olunub", - deyə MTRŞ-nin maliyyə hesabatında bildirilir.


SON XƏBƏRLƏR

24 Aprel 2024