• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlandı

CƏMİYYƏT

18 Yanvar 2022 | 18:07

Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlandı

"2021-ci ildə qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitənin çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirən nazir bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin vacibliyinə də toxunan nazir bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.


SON XƏBƏRLƏR

01 May 2024