• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Özbəkistan rəhbəri prezident seçkilərində səs verdi

DÜNYA

24 Oktyabr 2021 | 10:34

Özbəkistan rəhbəri prezident seçkilərində səs verdi

Özbəkistan rəhbəri Şavkat Mirziyayev bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Газета.uz” məlumat yayıb.

Şavkat Mirziyayevin özü ən yüksək hökumət postuna Liberal Demokrat Partiyasından namizədliyini irəli sürüb. Nəşrin yazdığına görə, o, Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59 saylı seçki məntəqəsində səs verib. Prezidentlə birlikdə ailəsinin doqquz üzvü də seçki mənətəqəsinə gəlib.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Səsvermləri MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, UNESCO və digər ölkələrdən 1 000-ə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.

Səsvermə üçün ölkə daxilində 10 761 seçki məntəqəsi açılıb. Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Özbəkistanda "exit-poll" keçirilmir, prezident seçkilərinin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Namizədlərdən heç biri 50%-lik həddi keçməsə, ikinci tur elan ediləcək və həmin turda daha çox səs toplamış 2 namizəd iştirak edəcək. Seçkilərdə seçicilərin 33%-dən çoxu iştirak edərsə, səsvermələr baş tutmuş hesab olunur.


SON XƏBƏRLƏR