• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Özəl müəssisələrdə maaş nə vaxt artacaq? – AÇIQLAMA

CƏMİYYƏT

18 Yanvar 2022 | 15:06

Özəl müəssisələrdə maaş nə vaxt artacaq? – AÇIQLAMA

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqı 300 manat məbləğində müəyyən edilib. Özəl müəssisələrdə çalışanlar bu artımın onlara da aid olub-olmaması ilə maraqlanlanırlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Bakıvaxtı.az-a bildirib ki, özəl müəssisələrdə də maaşların artırlması üçün qanuna ehtiyac yoxdur:

Vahid Əhmədov

“Mənim aldığım məlumata görə, maaşların artırılması üçün özəl müəssisələrə də göstərişlər gedib. Dövlət büdcəsindən dövlət müəssisələrində çalışan əməkdaşların maaş artımı üçün xüsusi məbləğ ayrıldığı kimi, özəl təşkilatlar da artım etməlidir. İndi bu, nə dərəcədə həyata keçirilir və ya keçirilmir, deyə bilmərəm".

Onun sözlərinə görə, yəqin ki, İqtisadiyyat Nazirliyi bununla bağlı monitorinq aparır: "Mən belə hesab edirəm ki, dövlət büdcəsi ilə maliyyələşən qurumların maaşları artdığı üçün, özəl təşkilatlar da bunu nəzərə almalıdırlar və orda çalışan əməkdaşlarının maaşlarını artırmalıdırlar”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

28 Mart 2024