• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Psixoloq: "Gənclərdə narkomaniyaya meyillilik valideynlərlə bağlıdır"

CƏMİYYƏT

23 Iyul 2021 | 12:13

Psixoloq: Gənclərdə narkomaniyaya meyillilik valideynlərlə bağlıdır

Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda narkomaniya ilə bağlı yazılan mahnılara gənclər sosial şəbəkələrdə videolar çəkir. Narkomaniya ilə bağlı yazılan mahnılar yeniyetmələrdə daha çox maraq doğurur.

Narkomaniyaya meyilin daha çox yeniyetmələr arasında olmasının psixoloji səbəblərini psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a açıqlayıb.

O, bildirib ki, bunun əsas psixoloji səbəbi həm də valideynlərlə bağlıdır: “Düzdür, mən deməzdim ki, bu gün o mahnılar narkomaniyanın yeganə səbəbidir, ancaq müəyyən təsirləri var. Məsələ odur ki, yeniyetməliyin son və gəncliyin ilkin dövründə insanlarda valideynin, cəmiyyətin aşkar təbliğ elədiyi bəzi şeylərə etiraz olur. Onlar sanki özlərindən asılı olmayaraq, şüuraltında valideyni qıcıqlandıracaq nələrsə edir, dediyinin əksinə gedirlər.

Elmir Əkbər qeyd edib ki, ona görə bu gün yeniyetmələrin psixoterapiyasının ən aktual və vacib məsələ olduğunu qabartmağa çalışırıq:Çünki daxillərindəki etiraz və maraq hissi onları arzuolunmaz qruplar, sektalar, narkomaniya, içki və qumarın qurbanına çevirir. Çox vaxt deyirlər ki, dərman içsin, qanı yuyulsun. Qanyuyulma qətiyyən müalicə deyil. Burda çox güclü psixofarmakoloji düzgün müalicə olmalıdır. Ancaq ondan da daha vacib olan doğru psixoterapiyanı aparmaq və insanın psixi aparatının səmtini doğru yönləndirməkdir. Bunu həyata keçirməsək o adam təkrar narkomaniyaya dönəcəkdir. Bu məsələlərdə çox diqqətli olmalıyıq”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR