• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Qarabağdakı erməni silahlıları qısa zamanda...” – Hərbi ekspertdən müsahibə

MÜSAHİBƏ

24 Aprel 2021 | 13:11

“Qarabağdakı erməni silahlıları qısa zamanda...” – Hərbi ekspertdən müsahibə

Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, aylardı təxribat etməkdən əl çəkmir. Son günlərdə Laçın dəhlizində icazəsiz gedib-gəlmələr, Paşinyanın Dağlıq Qarabağın azad olunması, keçmiş muxtariyyət ərazisinin tam bərpa olunması kimi, parlamentdəki çıxışları, erməni nazirinin Xankəndinə gəlməsi və s. qıcıq yaradacaq addımların atılması artmaqdadır.

Ermənistanda baş verən hadisələrlə bağlı Bakivaxti.az-a müsahibə verən hərbi-siyasi icmalçı Nazim Bayramov mühüm məqamlara toxundu.

- Nazim müəllim, öncə ondan başlamaq istərdik ki, son dövlər erməni tərəfinin və sülhməramlıların davranışları müharibə riski olan bölgədə Ermənistanın, onun rəhbərliyinin hansı maraqlarına cavab verir?

-Bu cür qeyri-konstruktiv ritorika və hərəkətlər ilk növbədə geosiyasi dalanda qalan Ermənistanın ziyanınadır. Onu da nəzərə almaq lazımdır ki, Paşinyanın bəyanatları daxili auditoriyaya hesablanıb. Bildiyiniz kimi, rəqibləri onu satqınlıqda ittiham edirlər. Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, onun belə ruhda bəyanatlarını daha çox eşidəcəyik.

Qarabağla Ermənistan arasında vətəndaşların, nəqliyat vasitələrin və yüklərin hər iki istiqamətdə gediş-gəlişi 10 noyabr razılaşması əsasında həyata keçirilir. Bizim etirazımız Qarabağa Ermənistan rəsmi şəxslərin və xarici ölkələrin rəsmilərinin səfərləridir. Bu barədə Azərbaycan rəsmi etirazlarını həm Ermənistana, həm SM-a, həm Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən beynəlxalq strukturların rəhbərliyinə bildirib və məsələni nəzarətdə saxlayır.

-Qarabağda Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov olduğu təyyarə gecə saatlarında İrəvanın "Erebuni" aeroportun niyə boş endi?

-Bu barədə müxtəlif qeyri-rəsmi versiyalar irəli sürülür. Rüstəm Muradov Bakıdan qayıdarkən, erməni jurnalistlərinin əsirlərin gətirilməsi haqqında suala bildirdi ki, o, Bakıya əsirləri qaytarmağa getməmişdi və bununla bağlı şayələr spekulyasilardır.

Azərbaycanın haqlı mövqeyi bundan ibarətdir ki, atəşkəs razılaşmasından sonra ölkə ərazisinə keçən erməni silahlıları 10 noyabr razılaşmasının 8-ci bəndi ilə ehtiva olunmurlar.

-Bildiyimiz kimi, Qarabağ ərazisində erməni silahlıları hələ də qalmaqdadır.Heç çəkinmədən erməni KİV-i də bu özbaşınalığı içtimailəşdir. Bununla bağlı sülhməramlılar tərəfindən niyə tədbir görülmür? Bunu görən Azərbaycan dövləti həmin ərazilərdə niyə anti-terror əməliyyatları aparmır?

-Qarabağda erməni ordusunun qalıqları həllini gözləyən post-konflikt məsələlərdən biridir. Hərbi baxımdan bu silahlı dəstələr real təhlükə kəsb etmirlər. Onların əksəriyəti Ermənistan çağırışçılarıdır. Müharibə bitəndən İrəvanda əsgər valideynləri onların evə qaytarılmasını yaxud hərbi xidmət müddətlərinin qısaldılmasını tələb edirlər. Digər tərəfdən, Ermənistanda qərar qəbul olunub ki, Ermənistan çağırışçıları Qarabağa göndərilməyəcək. Bunu həyata keçirmək də artıq mümkün deyil. Bununla Qarabağdakı silahlıların sayı yaxın qısa zamanda “təbii” yolla xeyli tükənəcək. Görünür, Azərbaycan bu tendensyanı nəzərə alaraq, hələlik daha önəmli olan regional nəqliyat kommunikasiyaların açılmasını önə çəkib.

-Ermənistan növbədənkənar parlament seçkisinə hazırlaşır. Düzdür, Nikol Paşinyanın seçilmək şansı daha çoxdur. Amma birdən Paşinyan gedərsə, yerinə kim gələ bilər?

-Hazırda Ermənistanda geniş mənada iki barışmaz siyasi düşərgə arasında hakimiyət uğrunda kəskin mübarizə gedir. Bunlar, Paşinyanın təmsil etdiyi “yenilər” və Koçaryanın təmsil etdiyi “köhnələrdir”. Ermənistanın gələcəyi və regiondakı yeri və rolu bu mübarizənin nəticəsindən asılıdır.

-Paşinyanın seçilməməsi noyabrın 10-da bağlanmış razılaşmaya hansı təsirləri gösətərə bilər?

-Paşinyanın rəqibi seçilsə, 10 noyabr razılaşmasının qalan bəndlərinin həyata keçirilməsində ləngimələr, əlavə maneələr yarana bilər. Lakin Paşinyanın daxili siyasi rəqibləri anlayırlar ki, razılaşmanın pozulması yaxud təftiş cəhdləri onsuzda dərin dövlətçilik böhranı keçirən Ermənistanı daha ağır fəlakətə sürükləyər.

Bəhruz Salmanov

Bakivaxti.az


SON XƏBƏRLƏR

19 Aprel 2024