• Bakı 20° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Qayınatasının həyətində atəş açan şəxs saxlanıldı

HADİSƏ

18 Yanvar 2022 | 12:00

Qayınatasının həyətində atəş açan şəxs saxlanıldı

Yanvarın 17-də Göyçayın Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəni xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açıb.

DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

19 Aprel 2024