• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qəzza bombalandı:  20 ölü, 65 yaralı var

DÜNYA

11 May 2021 | 00:50

Qəzza bombalandı:  20 ölü, 65 yaralı var

İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin Səhıyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlərdən 9 nəfəri uşaq, biri qadındır.  

Məlumata görə, Şərqi Qüdsdə toqquşmalar davam edir. Qırmızı Aypara Cəmiyyətindən bildirilib ki, bazar gününə keçən gecə İsrail polisi ilə toqquşmalarda 80 fələstinli yaralanıb. Mayın 10-da iğtişaşlar yenidən bərpa olunub. Yaralananların sayı ümumilikdə 331 nəfərə yüksəlib.  

İsrail ordusu insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qəzza sektorundan İsrail ərazisinə onlarla raket atılıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatının obyektlərinə aviazərbələr endirib.


SON XƏBƏRLƏR

26 Aprel 2024