• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Qırğızıstanda parlament seçkiləri keçiriləcək

DÜNYA

28 Noyabr 2021 | 00:35

Qırğızıstanda parlament seçkiləri keçiriləcək

Noyabrın 28-də Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə aparılacaq: 54 deputat partiya siyahısı ilə, 36 nəfər isə birmandatlı dairələrdə seçiləcək.

Qanunverici orqandakı 90 yer uğrunda 21 siyasi partiyadan 300 namizəd mübarizə aparır. Ölkədə 3.7 milyon nəfər seçki hüququna malik vətəndaş var. Səsvermə günü ölkə daxilində və xaricdə 2500 səsvermə məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən payızda keçirilmiş parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etmişdi.

 


SON XƏBƏRLƏR