• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qonşu ölkədə "omikron" ştamına yoluxma halları aşkarlandı

DÜNYA

28 Noyabr 2021 | 15:02

Qonşu ölkədə omikron ştamına yoluxma halları aşkarlandı

Rusiyada artıq koronavirusun yeni "omikron" ştamı ilə yoluxmuş xəstələr var.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.

"Ştam böyük ehtimalla Rusiyada mövcuddur. Onun yayılmasının mənbəyi Misirə səfər etmiş vərətəndaşlarımızdır", - o deyib.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.


SON XƏBƏRLƏR