• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Qripə yoluxan hamilələrin DİQQƏTİNƏ

CƏMİYYƏT

18 Yanvar 2022 | 12:24

Qripə yoluxan hamilələrin DİQQƏTİNƏ

Doğum və ginekologiya mütəxəssisi Op. Dr. Melih Arslan "Hamiləlik dövründə qrip xəstəliyi vaxtından əvvəl doğuş, düşük, ana bətnində ölüm kimi geri dönüşü olmayan mənfi nəticələrə səbəb ola bilər" deyib.

Bakıvaxtı.az xəbər verir ki, M.Arslanın sözlərinə görə, qripin hamilələrdə uşaq ölümlərinə qədər ciddi fəsadları ola bilər.  

Hamilələrin bu dövrdə immuniteti zəiflədiyi üçün qripə daha asan yoluxa bildiklərini və xəstəliyin daha ağır şəkildə irəliləyə biləcəyini qeyd edən Dr. Arslan, “Hamiləlikdə ağciyər tutumunun azalması və hamiləlik səbəbiylə ağciyərdə ödem əmələ gəlməsi kimi səbəblərlə qrip daha ciddi olur, bu, bütün virus infeksiyalarında olduğu kimi COVİD-19 xəstəliyində də belədir" deyib.

Qızdırma, baş ağrısı, əzələ ağrısı, öskürək, halsızlıq, iştahsızlıq kimi əlamətlər görünəndə ilk 1-2 gün istirahət və bol maye qəbul etməyi tövsiyə etdiklərini, lakin bu əlamətlərə qızdırma əlavə edildikdə xəstəxanaya müraciət etmək lazım olduğunu deyən həkim “Hamiləlik zamanı qrip infeksiyasının orqanizmə bəzi təsirləri vaxtından əvvəl doğuş, düşük və sonrakı həftələrdə ana bətnində ölüm kimi nəticələrə səbəb ola bilər. Bu səbəbdən 1-2 gündən sonra xəstəlik keçmirsə, mütləq həkimə müraciət etməlisiniz” deyib.

Aytac Aslan  


SON XƏBƏRLƏR