• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Real"ın əfsanəvi futbolçusu vəfat etdi

İDMAN

18 Yanvar 2022 | 13:55

Realın əfsanəvi futbolçusu vəfat etdi

"Real"ın əfsanəvi futbolçusu Fransisko Gento vəfat edib .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı sabiq oyunçu 89 yaşında vəfat edib.

Gento 1953-1971-ci illərdə Madrid təmsilçisində çıxış edib. Ümumilikdə o, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə avrokubok qazanıb.

O, həmçinin “Real” ilə 12 dəfə İspaniya çempionatının qalibi olub, 2 dəfə İspaniya kubokunu qazanıb. Gento 1960-cı ildə Qitələrarası Kubokun qalibi olub.

Ümumilikdə, Gento "Real"da 23 kubok qazanıb ki, bu da klub rekordudur. 


SON XƏBƏRLƏR