• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Rusiya “omicron”la bağlı iddialara cavab verdi

DÜNYA

28 Noyabr 2021 | 18:46

Rusiya “omicron”la bağlı iddialara cavab verdi

Rusiyada koronavirusun “omicron” ştamı aşkarlanmayıb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun əməkdaşı Kamil Hafizov deyib. 

Ekspertin sözlərinə görə, koronavirusun genomlarının, o cümlədən bu yaxınlarda xaricə səfər etmiş xəstələrin sekvensiyası üzrə fəal iş aparılır.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Kruqlı yüksək ehtimalla infeksiyanın yeni mutasiyasının ölkəyə artıq nüfuz edə biləcəyini irəli sürmüşdü.

Federasiya Şurasının üzvünün sözlərinə görə, koronavirusun “omicron” ştamının yayılmasının mənbəyi, xüsusən də Misirdən qayıdan vətəndaşlar ola bilər.


SON XƏBƏRLƏR

24 Aprel 2024