• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rusiyada məktəbə silahlı basqın: Ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

HADİSƏ

11 May 2021 | 12:46

Rusiyada məktəbə silahlı basqın: Ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***
Rusiyada orta məktəbdə silahlı insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Kazan məktəblərindən birində atışma nəticəsində bir müəllim və səkkiz şagird ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, səhər saatlarında naməlum şəxslərin 175 nömrəli məktəbin yaxınlığında atəş açmaları barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, atəş açan bir nəfər gəncdir və o, nəzarətə götürülüb. Artıq şagirdlərin məktəbdən evakuasiya edildiyi bildirilir.

 


SON XƏBƏRLƏR