• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub - AÇIQLAMA 

Gündəm

23 Iyul 2021 | 13:22

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub - AÇIQLAMA 

Müdafiə nazirinin müavini–Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev yüksək vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı politoloq Zaur Məmmədov verib.

O, bildirib ki, K.Vəliyev Müdafiə nazirinin müavini- Silahli Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bu məlumat nə təsdiq, nə də təkzib edilib. 

Qeyd edək ki, Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov ötən ilin oktyabr ayından ehtiyata buraxılıb. N.Sadıkovun vəzifəsindən azad edilməsi 3 ay sonra ictimaiyyətə açıqlanmışdı.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024