• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Sonuncu şam yeməyi"nin islama qarşı olduğunu iddia edənlər... - Elşad Miridən aktyora dəstək

CƏMİYYƏT

18 Yanvar 2022 | 17:07

Sonuncu şam yeməyinin islama qarşı olduğunu iddia edənlər... - Elşad Miridən aktyora dəstək

“Aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filminin islama qarşı olduğunu iddia ediblər. Yaxşı ki, xristianlar bunu Yuhanna İncilində təsvir edilən İsanın sonuncu şam yeməyi ilə əlaqələndirib bum qaldırmayıblar. Yaxşı ki, rəssamlar da Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” ilə əlaqə qurub çəkdikləri rəsm tablolarını yandırmayıblar. Lakin islam “mücahidləri” Rəcəbovun “Sonuncu şam yeməyi” filminə qarşı çıxıblar".

Bakıvaxtı.az xəbər verir ki, bunu ilahiyyatçı-alim Elşad Miri  “Sonuncu şam yeməyi” filmi ilə bağlı cəmiyyətdə gedən müzakirələrə münasibət bildirərkən deyib.

"Etirazlarını islamla əlaqəli düzgün film çəkərək nümayiş etdiriblər desəm, yalan olar. Çünki bu cür aktyorları və senaristləri yoxdur. Onlar dindar yox, dini dar olanlardır" deyən E.Miri qeyd edib ki, dinin yox, mövhumatın, xurafatın təmsilçiləridirlər: "Əlixan Rəcəbovu tanımasam da, sosial şəbəkələrdəki filmlərinə baxmışam. İnsanı vicdanıyla üzləşdirən məqamlarının çox təsiredici olduğuna şahid olmuşam. Lakin vicdanın nə olduğunu bilməyənlərin və onların nümayəndələrinin inhisarçılığına maarifləndirici sehirli çubuqla müdaxilə etməsinin etirazlara səbəb olacağı gözlənilən idi. Filmdə uzun illərdir insanların cavab axtardığı, lakin mənasını və məntiqini başa düşmədikləri bir çox məsələ kinayəli tərzdə nümayiş etdirilir”.

İlahiyyatçı qeyd edib ki,aktyorun etirazlara cavab yazması cəmiyyətin dindar anlayışının intellektual “səviyyə”sinin üzərinə düşən asteroiddir.

 “Aktyorun “arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın” sözləri əslində, çox ağır və tikanlıdır" süyən E.Miriyə görə, filmin mistikasını, məğzini açdırmaq yaradıcı insana ağır zərbədir. Sekulyarlaşan dünyamızda, kapitalizm nəzərindən yanaşılan münasibətlərdə aktyorun ölümü xatırlatması və bunu da müxtəlif çalarla göstərməsi möhtəşəm yanaşmadır.

"Mollalığı müasirləşdirməsi, fars ləhcəsini ruslaşdırıb təqdim etməsi alqışlanacaq məqamlardır. Əlixan Rəcəbova çəkinmədən, hansısa din xadiminin iradlarına əhəmiyyət vermədən cəmiyyətdəki bu və digər mövhumatı, xurafatı işıqlandırmağa davam etməsini arzu edirəm. Bilsin ki, heç islamda din xadimi anlayışı, peşəsi yoxdur. Şeyx nəsrullahların qarşısında kefli isgəndərlər kimi əzilərək tərki-dünya olmaq deyil, Makedoniyalı İsgəndər kimi cəsarətli olmaq lazımdır”, - deyə Elşad Miri sosial şəbəkədə yazıb.


SON XƏBƏRLƏR