• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Sosial müavinətlər və hərbçilərin ərzaq pulu artırıla bilər-Bahalaşmaya görə kompensasiya

CƏMİYYƏT

11 May 2021 | 14:37

Sosial müavinətlər və hərbçilərin ərzaq pulu artırıla bilər-Bahalaşmaya görə kompensasiya

 

“Sosial müavinətlər və hərbçilərə ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği artırılmalıdır.  Bu məsələyə bu ilin ortasında dövlət büdcəsinin müzakirəsi zamanı baxıla bilər”.

Bunu Bakivaxti.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Ekspert qeyd edib ki, 2020-2021-ci illərdə qlobal miqyasda və Azərbaycanda ərzaq məhsullarında qiymətlərin sürətli artımı müşahidə edilir: “Keçən il 2019-cu ilə nisbətdə ərzaq məhsulları 5 faiz bahalaşmışdı. Bu ilin ilk üç ayında qiymət artımı 4,8 faiz olub.

Ümumdünya ərzaq qiymətləri indeksinə baxanda (bu ilin may ayına olan məlumat verilib) artıq 11-ci aydır qiymət artımı davam edir. Yəni ötən il iyun ayından başlayan qiymət artımı sürətlə davam edir. Keçən ilə nisbətdə dünyada 31 faiz ərzaq qiyməti indeksi yüksəkdir. Bu hal Azərbaycana idxal olunan məhsulların qiymətinə təsir edir. Keçən ilin inflyasiyasına baxanda inflyasiyanı artıran əsas hal ərzaq qiymətləri olub. Qiymət artımı əhalinin sosial vəziyyətinə təsir göstərir. Xüsusən, aztəminatlı ailələrin vəziyyətinə çox ciddi təsir edir. Çünki onlar xərclərinin əhəmiyyətli hissəsini, 50 faizdən çoxunu ərzağa xərcləyirlər”.

X.Kərimli bildirib ki, hərbçilərə ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 10 faiz artırılmalıdır: “Bu rəqəmi ötən ilin ərzaq məhsullarında müşahidə olunan 5 faiz artımı və bu ilin üç ayında 5 faiz yaxın artımı nəzərə alaraq səsləndirirəm. Sosial müavinətlər artırılması üçün ilin sonu gözlənilməməlidir. Bu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, daxili bazarda tələbin saxlanılması və real sektora dəstək üçün lazımdır. Bu baxımdan hərbçilərə ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği və əhalinin sosial cəhətdən zəif təbəqəsinə ayrılan sosial müavinətlər ilin ortasında büdcə müzakirəsi zamanı baxılması və artırılması mütləq məsələdir, məqsədəuyğundur”.

Ramid İbrahimov

Bakivaxti.az


SON XƏBƏRLƏR