• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Sumqayıtda antisanitariya baş alıb gedir? - AÇIQLAMA  (FOTO+VİDEOFAKT)

CƏMİYYƏT

23 Iyul 2021 | 11:51

Sumqayıtda antisanitariya baş alıb gedir? - AÇIQLAMA  (FOTO+VİDEOFAKT)

Sumqayıt şəhər sakinləri tərəfindən redaksiyamıza daxil olan məlumata görə, 6-cı mikrorayonda bina 20-nin həyətində tullantılar üçün ayrı qutular qoyulmayıb. Belə ki, bütün tullantılar eyni qutulara atılır və tullantıları yığmaq üçün gələn maşın da hamısını birlikdə yığır. Nəticədə, tullantılardan axan şirə maşına, sonra da yerə axır. Tullantılardan yerə axan şirə təmizlənmədiyi üçün ətrafa dəhşətli qoxu və mikrob yayılır. Onu da qeyd edək ki, bu qutular məhəllərdə yerləşdiyi üçün həmin yerdə oynayan uşaqlar istər-istəməz antisanitarik şəraitlə təmasda olur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev maşınlarda tullantılardan ayrılan mayenin yığılılması üçün çən olduğunu bildirib:

"Məişət tullantılarının daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrində tullantılardan ayrılan mayenin yığılması üçün 200 litr həcmində çən mövcuddur. Mövsümlə əlaqədar olaraq tullantıların həcmində mayenin miqdarının çox olması səbəbindən belə hallara rast gəlinir. Bununla bağlı Təmizlik Departamenti və Mənzil İstismar Sahələri tərəfindən mütəmadi olaraq təmizlik işləri həyata keçirilir".

Aytac Aslan


SON XƏBƏRLƏR