• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Taliban avropalı diplomatlarla 2 günlük danışıqlar apardı

DÜNYA

28 Noyabr 2021 | 23:37

Taliban avropalı diplomatlarla 2 günlük danışıqlar apardı

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndələri Qətərdə Avropa İttifaqının diplomatlarından ibarət nümayəndə heyəti ilə iki günlük danışıqlar aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Taliban” tərəfindən təyin olunmuş Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Kahar Bəlxi öz “Twitter” səhifəsində məlumat yayıb.

Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Niklasson və onu müşayiət edən nümayəndə heyəti Əfqanıstandakı humanitar vəziyyət, o cümlədən səhiyyə və təhlükəsizlik kimi sahələrdə işlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

24 Aprel 2024