• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Tanınmış rəssam koronavirusdan vəfat etdi

Gündəm

11 May 2021 | 15:39

Tanınmış rəssam koronavirusdan vəfat etdi

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov vəfat edib.

Bakıvaxtı.az-ın məlumatına görə, rəssam Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Qeyd edək ki, E.Zeynalov bir neçə dəfə ürək əməliyyatı keçirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib.

Rəssam uzun illər İtaliyada yaşayıb. Əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə nümayiş olunub.


SON XƏBƏRLƏR