• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Təcili yardım vətəndaşdan hansı halda test götürməyə bilər?

CƏMİYYƏT

18 Yanvar 2022 | 16:06

Təcili yardım vətəndaşdan hansı halda test götürməyə bilər?

Bəzən simptomlar üst-üstə düşsə də, insan koronavirusa yoluxub-yoluxmadığından əmin olmaq üçün test verməli olir. Test götürmək üçün isə təcili yardım çağırdıqda hərarət 38 dərəcədən aşağı olarsa, test götürülmür.

Bununla bağlı Bakıvaxtı.az-a şikayət edən oxucular xəstəxanaların əksəriyyətində test götürülmədiyini bildirilər. Məsələylə bağlı Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən bildirilib ki, SN-nin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlanıb: “Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu”.

Nazirlikdən o da qeyd olunub ki, hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024