• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Tələbələrin neçə faizi təqaüd alır?

CƏMİYYƏT

18 Yanvar 2022 | 16:45

Tələbələrin neçə faizi təqaüd alır?

2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min nəfər tələbə qəbul olunub və qəbul genişprofilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır.


SON XƏBƏRLƏR