• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

İDMAN

23 Iyul 2021 | 15:50

Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.

İştirakçılar rəsmi nümayəndələrdən ibarət 950 tamaşaçı ilə yanaşı, boş tribunaları da salamlayıblar.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də keçiriləcək.


SON XƏBƏRLƏR