• Bakı 22° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Türkiyədə 192 nəfər koronavirusdan vəfat edib

DÜNYA

27 Noyabr 2021 | 23:05

Türkiyədə 192 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 274 nəfər test edilib, onların 23 759-nun koronavirus testi pozitiv nəticə verib, 25 103 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 058 425 peyvənd tətbiq edilib ki, bunun 90,52 faizi birinci, 81,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır


SON XƏBƏRLƏR