• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Türkiyənin Azərbaycandakı səfiri Qubada səfərdə olub – FOTO

CƏMİYYƏT

10 May 2021 | 21:59

Türkiyənin Azərbaycandakı səfiri Qubada səfərdə olub – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı xəbəri səfir öz “Twitter” hesabında paylaşıb.

Səfir Qubada Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.

“1918-ci ildə 2000-dən çox insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kütləvi məzarlar 2007-ci ildə Quba şəhərində tapıldı. Eynilə Vandakı Zeve kəndi kimi”, - deyə səfir qeyd edib.

Soyqırımı memorialını ziyarət edən C.Bağcı şəhidlərin məzarını və Quba məscidini də ziyarət edib. 

“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”.

 


SON XƏBƏRLƏR