• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə TƏYİN ETDİ

CƏMİYYƏT

24 Oktyabr 2021 | 10:02

Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə TƏYİN ETDİ

Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib. Belə ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Eldar İlyasov da bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq Qusar Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.


SON XƏBƏRLƏR

01 May 2024