• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırıldı

DÜNYA

24 Oktyabr 2021 | 12:33

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırıldı

Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.

İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. “Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.

Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.

Aprelin 14-də Atom Enerjisinə Nəzarət Komitəsi Yaponiyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini qadağan edib, burada ciddi təhlükəsizlik pozuntuları aşkar edilib.

Qeyd edək ki, 2011-ci ildə Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiya hakimiyyəti nüvə obyektləri üçün tələbləri sərtləşdirib. Terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi zərurəti ilə yanaşı, AES-i idarə edən şirkətlər istismar müddəti 40 ildən çox olan reaktorların işini dayandırıblar. Onların fəaliyyətinin bərpası yalnız hərtərəfli yoxlamadan sonra mümkündür.


SON XƏBƏRLƏR

19 Aprel 2024