• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Yeniyetmələr evdən niyə qaçır?

CƏMİYYƏT

18 Yanvar 2022 | 17:34

Yeniyetmələr evdən niyə qaçır?

Demək olar, hər gün yeniyetmə və gənclərin, xüsusən də qızların evdən qaçdığının şahidi oluruq. Maraqlısı odur ki, çox vaxt nə valideyn tutarlı səbəb deyə bilir, nə də övlad.

Yeniyetmələr evdən niyə qaçır? Səbəb nədir?

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, son dövrlər yeniyetmə və gənclərin evdən qaçması baş alıb gedir: “Sosial proyektlərdə, verilişlərdə bunun şahidi oluruq. Domino effekti kimi silsilə şəklində yayıla-yayıla gedir".

Onun sözlərinə görə, problem, birinci növbədə, ailə bağlarının, münasibətlərin doğru psixoloji müstəvidə qurulmamağıdır: "Konsultasiya zəminində biz də şahidi oluruq ki, heç də həmişə böyük, faciəli bir səbəb olmur. Amma insan xarakteri və münasibətlərin doğru olmamağı faktoru da var”.

E.Əkbər bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Psixoterapiya Assosiasiyası da deyir ki, karantin dövründə mütləq şəkildə ailələr profilaktika məqsədilə psixoterapiya seansı keçməlidir: “Bu, ailələrin dağılmasının, yeniyetmələrin evdən qaçmasının və intiharların qarşısını ala bilər. Çünki araşdıranda bütün bu problemlərin fəsadlarının kökündə çox cırda psixoloji səbəblər durduğunun şahidi oluruq. Əsas səbəb budur”.

Aytac Aslan


SON XƏBƏRLƏR

23 Aprel 2024