• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Yuventus” Pirlonu yola salır

İDMAN

10 May 2021 | 23:38

“Yuventus” Pirlonu yola salır

İtaliyanın “Yuventus” klubunun rəhbərliyi “Sassuolo” ilə oyundan əvvəl baş məşqçisi Andrea Pirlonu istefaya göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri xəbər yayıb.

Artıq italiyalı mütəxəssisin istefası ilə bağlı qərar verilib. Klub rəhbərliyi yeni baş məşqçinin kimliyi ilə bağlı məsələni də həll edib.

Mənbənin bildirdiyinə görə, A.Pirlodan sonra Turin klubuna xorvatiyalı mütəxəssis İqor Tudor rəhbərlik edəcək.  

Xatırladaq ki, hazırda “Yuventus” İtaliya çempionatında turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR