• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Zakir Həsənov və Mais Bərxudarov əsgərlərlə birlikdə nahar etdilər - FOTOLAR

Gündəm

11 May 2021 | 15:11

Zakir Həsənov və Mais Bərxudarov əsgərlərlə birlikdə nahar etdilər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb. General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.


SON XƏBƏRLƏR