• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Zelenski Ukraynanın müdafiə nazirini dəyişmək istəyir

DÜNYA

24 Oktyabr 2021 | 22:41

Zelenski Ukraynanın müdafiə nazirini dəyişmək istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürəcək.

Bakıvaxtı.az xəbər verir ki, belə bir iddia ilə "Senzor.net" saytının baş redaktoru Yuri Butusov çıxış edib. O bildirib ki, bu yerə Baş nazirin müavini, müvəqqəti işğalda olan ərazilərin reinteqrasiya məsələləri üzrə nazir Aleksey Reznikovun namizədliyi ilə Zelenski razılaşıb.

A.Reznikovun heç vaxt müdafiə və təhlükəsizlik məsələləri ilə məşğul olmadığı, döyüş fəaliyyəti haqda heç nə bilmədiyi, amma peşəkar hüquqşünas olduğu qeyd edilir.

Butusovun sözlərinə görə, Zelenski üçün əsas olan “ağzına su alan” Taranın əvəzinə yaxşı natiq olan birini müdafiə naziri görməkdir.

Qeyd edək ki, Ukrayna konstitusiyasına görə, Prezident yalnız müdafiə və xarici işlər nazirinin namizədliyini Radaya təqdim edə bilər. Digər nazirləri Ali Rada özü təyin və vəzifədən azad edir. Parlamentdə isə Zelenskinin Xalqın Xidmətçisi Partiyası səs çoxluğuna malikdir.

Zelenski bir müddət öncə hökumətdə kadr dəyişikliyinin anonsunu vermişdi. Bundan sonra media NK-nın 5 üzvünün dəyişəcəyini yazdı.


SON XƏBƏRLƏR

26 Aprel 2024