• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Zirə" səfərdə "Sumqayıt"ı darmadağın edib

İDMAN

28 Noyabr 2021 | 18:11

Zirə səfərdə Sumqayıtı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

30-cu dəqiqədə Qismət Alıyev çempionatın 8 qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.

79-cu dəqiqədə isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, tura noyabrın 27-də start verilib. "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə yenib. Son qarşılaşma noyabrın 29-da "Qəbələ" və "Qarabağ" komandaları arasında olacaq.


SON XƏBƏRLƏR